Moskva Müslüm Maqomayevi sevgi və musiqi ilə yad edib

post-img

Dünən Rusiya paytaxtındakı Xilaskar Məsih Məbədi Kilsəsinin zalında “Dahi Müslüm Maqomayevin xatirəsinə” adlı musiqili-bioqrafik konsert olub. “Bütün zamanların şəxsiyyətləri” layihəsi çərçivəsində təşkil edilən məclis görkəmli müğənninin yaradıcılığına həsr olunub.

Konsertdə Rusiya estradasının artistləri, “Qolos” və “Romantika romansa” televiziya layihələrinin finalçıları iştirak ediblər. Musiqiçilərin ifasında Müslüm Maqomayevin repertuarından məşhur mahnılar səslənib. İfaçıları Yevgeni Oleynikovun rəhbərliyi ilə “Full Sound Band” estrada-simfonik orkestri müşayiət edib.

Mərasimdə Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən kitabın təqdimatı olub. Tamaşaçılara nadir arxiv materialları, o cümlədən görkəmli ifaçı ilə müsahibələr və onun dünyanın müxtəlif ölkələrində çıxışlarının səs yazıları təqdim olunub.

XQ

Son xəbərlər