Xocavənd rayonunda hərbi sursat partlayıb, xəsarət alan var

post-img

Martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb. Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır” - deyə məlumatda qeyd olunub.

Son xəbərlər