Ekoloji təhlükəsizlik qaydalarını pozanlar tənbeh olunub

post-img

Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.

DİN-dən verilən məlumata görə, növbəti tədbirlər zamanı polis əməkdaşları İsmayıllı rayonunun Mücühəftəran, Qəbələ rayonunun Mirzəbəyli, Hacıalılı kəndləri və Nic qəsəbəsi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar ediblər.

Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına və qanunsuz kömür istehsal etdiyinə görə 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bundan başqa Qəbələ şəhəri ərazisində məişət tullantılarını zibil qablarından kənara atdığına görə 1 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər