Paytaxtın Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata əsasən, fevralın 25-i günün ikinci yarısından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.