Axtarışda olan 94 nəfər saxlanılıb

post-img

Dünən ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib. 

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər