2024-cü ildə dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub. Bu da əvvəlkli illə müqayisədə 87,6 faiz çoxdur.
Bu haqda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumatda qeyd olunub. Məlumata əsasən, 2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.
Səbuhi HƏSƏNOV
XQ-nin bölgə müxbiri