AMEA Rəyasət Heyətinin iclasında qurumun elektron sənəd dövriyyəsinə keçidinin təmin edilməsi və qarşıda duran vəzifələr müzakirə olunub.
AMEA-nın akademik-katibi, akademik Arif Həşimov bildirib ki, AMEA-da Elektron Sənəd Dövriyyəsi Sisteminin (ESDS) yaradılması və səmərəli fəaliyyəti ilə bağlı bir sıra tədbirlər görülmüş, şəbəkə infrastrukturunun yenilənməsi, elektron elmin inkişafı və digər sahələr üzrə əməli addımlar atılmışdır.
Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva qeyd edib ki, aparatın və AMEA tabeliyindəki qurumların Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması prosesi uğurla başa çatdırılıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın qısa müddət ərzində ölkə üzrə Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması istiqamətində Sənədlərlə iş və protokol şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib.
T.RÜSTƏMLİ
XQ