Nəqliyyat vasitələrinin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək

post-img

“Təmiz Şəhər” ASC tərəfindən nəqliyyat vasitələrinin utilizasiyasının elektron qaydada idarə edilməsi məqsədilə hazırlanmış portal ictimaiyyətə təqdim olunub.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşının da iştirak etdiyi görüşdə utilizasiya proqramının ətraf mühitə və yol hərəkəti təhlükəsizliyinə təsiri məsələləri müzakirə olunub və “nvu.gov.az” portalının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən BDYPİ-nin əməkdaşı texniki-təhlükəsizlik baxımından yararsız avtomobillərin yol qəzalarının ağırlıq dərəcəsinə təsiri haqda məlumat verib, utilizasiya proqramının aktiv, passiv və qəzasonrası təhlükəsizliyi yüksək olan, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqinə töhfə olduğunu bildirib.

Bununla yanaşı, utilizasiya prosesinin sürətləndirilməsi üçün hədəf qrupları arasında təşviqat işinin aparılmasının vacibliyini vurğulayan DYP təmsilçisi, bu sahədə birgə əməkdaşlıq təşəbbüslərinin yüksək qiymətləndirildiyini qeyd edib.

Son xəbərlər