Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində saxlanc yerindən bir nəfərin içərisində pulu, 2000 manat dəyərində qızıl üzüyü, sənəd və bank kartları olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Xəbəri DİN mətbuat xidməti yayıb.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı A.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ