Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib

post-img

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Nəsimi” stansiyasında taktiki-xüsusi təlim keçirilib. Məlumatı FHN mətbuat xidməti verib. 

Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş Əməliyyat İdarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Nəsimi” stansiyasında platformanın alt kabel kollektorunda 2-ci yolun 380 volt idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

 

P.ƏMİRCANOV

XQ

 

 







Son xəbərlər