Daşkənddə diaspor görüşü

post-img

Özbəkistan paytaxtında Türk Dövlətləri Təşkilatının (TDT) diaspor qurumları rəhbərlərinin 6-cı iclası keçirilib.

Ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin təmsil etdiyi iclasdan öncə milli mədəniyyət mərkəzlərinin xalq sənətkarlıq nümunələrindən ibarət sərgi ilə tanışlıq olub.

Sonra başlanan tədbirdə Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Qurbanov çıxış edərək, qardaş ölkədə bütün millətlərin dinc, qarşılıqlı hörmət çərçivəsində öz adət və ənənələrini, mədəniyyətlərini qoruyub saxlayaraq inkişaf etdirdiyini və onların ictimai işlərdə fəal iştirakının təmin edildiyini vurğulayıb.

Elşad Əliyev diaspor quruculuğu sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verib. Sonra digər ölkələrin nümayəndələri çıxış ediblər. TDT-yə üzv dövlətlərin diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, diasporların problemləri və onların həlli ilə bağlı müzakirələr aparılıb.

Bildirilib ki, hazırkı təlatümlü dövrdə bəşəriyyətin üzləşdiyi mürəkkəb problemlərin və təhlükələrin birgə həllində, müxtəlif təhdidlərin qarşısının alınmasında bütün xoşməramlı insanların, xüsusən də qonşu dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların səylərini birləşdirmək lazımdır.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd



Son xəbərlər