Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov tədbirin keçirildiyi məkana baş çəkib, burada yerləşən Azərbaycan pavilyonunu ziyarət ediblər.
Qeyd edək ki, noyabrın 11–22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bugünədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə ölkəmizdə baş tutur. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.