Sərhəd Nəzarətinin Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən indiyədək qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 3599 halda narkotik vasitələri aşkar edilərək götürülüb.
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.
O qeyd edib ki, qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kq 400 qramnarkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb.
L.QURBANOVA
C.QAÇAYEV
XQ