AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün növbəti təlim keçirilib

post-img

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Competition Safeguards” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

2023-cü ilin sentyabrından silsilə şəklində təşkil edilən təlimlər “Salience Consulting” şirkətinin nümayəndələri tərəfindən həyata keçirilir və bu müzakirələrdə ümumilikdə İKTA-nın 40-dan çox əməkdaşı iştirak edib.

Ümumilikdə layihə çərçivəsində 3 istiqamətdə – Bazar təhlili metodologiyası, Sabit genişzolaqlı bazar araşdırması və Mobil bazar araşdırmaları həyata keçirilib, eyni zamanda metodologiya hazırlanıb.

AYİB tərəfindən dəstəklənən bu təlimlər İKTA-nın potensialını gücləndirməklə yanaşı, yeni tənzimləmə çərçivəsinin formalaşdırılmasında, eyni zamanda rəqabət səviyyəsinin təhlili və müəyyən edilməsi üçün metodologiyanın hazırlanmasında agentliyin fəaliyyətinə yardımçı olacaq.

İKTA-nın potensialının artırılması xüsusi prioritet olaraq lisenziyalaşma, şəbəkəyə giriş, spektr idarəçiliyi və bazar təhlili kimi konsepsiyaların həyata keçirilməsi üçün praktik tədbirlərə imkan yaradır.

Bu təlimlər, eyni zamanda İKTA-ya bazar təhlilini aparmasına dəstək verməklə məlumat toplanması qaydalarının hazırlanmasına, onların təhlili və tətbiqinə, eləcə də qabaqcıl telekommunikasiya tənzimlənmə çərçivəsinə uyğunlaşdırılmasına imkan verəcək.

Bazar təhlili metodologiyasının hazırlanaraq tətbiq edilməsi telekommunikasiya sektorunda effektiv rəqabət mühitinin formalaşmasına mühüm təsir edən amillərdən hesab edilir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.









Son xəbərlər