Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 25-də Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda Neftçala, Salyan, Şirvan və Hacıqabul rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
XQ