Fransanın Martinika departamentində komendant saatının vaxtının uzadılması etirazlara səbəb olub.
“Figaro” nəşri xəbər verir ki, narazı kütlə departamentin mərkəzi Fort de Fransda yolları bağlayıb, barrikadalar qurub.
Polis aksiyanı yatırmaq üçün güc tətbiq edib. Qarşıdurma zamanı çox sayda avtomobil, iş yeri və ticarət obyekti yandırılıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, 3 etirazçı saxlanılıb. Onlardan ikisi həbs edilib.
Qeyd edək ki, bahalığa qarşı aksiyaların davam etdiyi Martinika departamentində komendant saatının vaxtı oktyabrın 28-dək uzadılıb.
XQ