Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Qərbi Azərbaycan - yaddaşlarımızda” adlı sərgi çərçivəsində Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Polşa–Azərbaycan parlament qrupunun sədri Pşemislav Viteklə görüşüb.
İcma rəsmisi Pşemislav Vitekə Qərbi azərbaycanlıların ötən əsrdə mərhələlərlə deportasiyaya məruz qalmalarından, Ermənistan ərazisində soydaşlarımıza məxsus zəngin irsin məhv edilməsindən danışıb. Bildirilib ki, öz ata-baba yurdlarından zorla çıxarılan Qərbi azərbaycanlılar beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qayıdış hüququna malikdirlər. Ülviyyə Zülfiqar vurğulayıb ki, Qərbi azərbaycanlılar bu gün öz ata–baba yurdlarına geri qayıtmaq həsrəti ilə yaşayırlar.
Polşa parlamentinin nümayəndəsi ona verilən məlumatları maraqla qarşılayaraq beynəlxalq hüququn prinsipi olaraq qayıdış hüququnun həyata keçirilməsinin önəmini qeyd edib.
XQ