Məlumat verdiyimiz kimi, intensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.
FHN mətbuat xidmətinin məlumatına görə, nazirliyin Muğan Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq həyata keçirilir.
Hazırda əməliyyat davam etdirilir.
P.ƏMİRCANOV
XQ