Qanunsuz saxlanılan silah-sursatlar aşkar olunaraq götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Oktyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 qumbara, 2 tüfəng, 3 patron darağı və 247 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər