Möminə xatın türbəsi bərpa olunacaq

post-img

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə xatın türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə “Atelier Erich Pummer GMBh” şirkətilə müqavilə bağlanıb.

Bu məqsədlə şirkətin rəhbəri Erik Pumer və işçi qrup Naxçıvana gəlib, Möminə xatın türbəsinin mövcud vəziyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.

Qeyd edək ki, şirkət Azərbaycanda bu sahədə 15 ildən artıqdır ki, fəaliyyət göstərir.

Səbuhi HƏSƏNOV

Son xəbərlər