Oktyabrın 5-də Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq.
Ulusal.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək. Bu futbol matçı ilə əlaqədar dünən Türkiyənin tanınmış jurnalistləri Azərbaycana gəlib.
Türkiyəli jurnalistləri Heydər Əliyev Beynəlxalq Hava Limanında azərbaycanlı həmkarları qarşılayıb. Türkiyə mediasından Azərbaycana TRT televiziyasının əməkdaşları Halil Kılıç, Furkan Karataş , Malik Ezber , Ahmet Yüksel və Anadolu Agentliyinin əməkdaşları Muammer Özkan,Ceyhun Altundağ və Uğur Demir gəliblər.