Naxçıvan Ali Məclisinin ilk iclası

post-img

Dünən VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclası açıq elan edib. Gündəliyə Ali Məclisin qanunvericilik işləri planının təsdiqi, komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi, İntizam komissiyasının yaradılması məsələləri daxil edilib. Birinci məsələ ilə bağlı Bəxtiyar Məmmədov məlumat verdikdən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib. 

Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin təklif olunan tərkibi səsə qoyularaq qəbul edilib. Ali Məclisin İntizam komissiyasının da tərkibi səsə qoyularaq qəbul edilib. 

Bununla da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası başa çatıb.

XQ

 



Son xəbərlər