Antiterror əməliyyatı qurbanları yad edildi

post-img

19-20 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi zonasında keçirilən lo­kal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan Baş leytenant Həsənov Kərəm Akif oğlunun və əsgərlər Axundov Murad Xıdır oğlunun, Əliyev Talıb Elman oğlunun, Bədəlov Oruc Arif oğlunun xatirələri yad edilib.

Gəncə Şəhidlər xiyabanında keçirilən ildönümü mərasimində şəhər icra hakimiy­yətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gür­cüstanın Gəncədəki baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, Birinci Qarabağ və Vətən müharibəsi iştirak­çıları, şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi daim əziz tutulur. Dövlətimiz tərə­findən şəhid ailələri, müharibə əlilləri, işti­rakçıları və veteranları da xüsusi diqqətdə saxlanılır.

Mərasim iştirakçıları şəhidlərin məzar­larını ziyarət edib, üzərlərinə tər çiçəklər düzüblər. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilənib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Gəncə

Son xəbərlər