İqtisadi Şuranın növbəti iclası

post-img

Sentyabrın 11-də İqtisadi Şura­nın növbəti iclası keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsə­dovun rəhbərliyi ilə keçirilən iclasın gün­dəliyində 2025-ci və növbəti üç il üzrə döv­lət və icmal büdcələrinin layihələri, dünya iqtisadiyyatının inkişaf meyilləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziy­yələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci il­lərdə büdcə siyasətinin əsas istiqamətlə­ri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpası ilə bağlı xərclərin ma­liyyələşdirilməsi ilə bağlı məsələlər mü­zakirə olunub. Həmçinin Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə sabitliyi sahəsin­də cari vəziyyət, siyasət istiqamətləri, həm­çinin digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifo­vun, Mərkəzi Bankın sədri Taleh Kazımo­vun, əmək və əhalinin sosial müdafiəsi na­ziri Sahil Babayevin məruzələri dinlənilib. 

İclasın yekununda İqtisadi Şura üzv­lərinin rəy və təklifləri nəzərə alınmaqla 2025-ci ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Res­publikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiy­yəti qurumlara müvafiq tapşırıqlar verilib.

XQ

Son xəbərlər