Azərbaycan–Türkiyə hüquqi əməkdaşlığı yüksək səviyyədədir

post-img

Sentyabrın 11-də baş prokuror Kamran Əliyev Azərbaycana işgüzar səfərə gələn Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüşüb. 

Baş prokuror Ömər Kərkəzi qardaş ölkənin Ali Məhkəməsinin sədri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

İki qardaş ölkə arasında əlaqələrin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edən Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda geniş bərpa-quruculuq işlərinin aparıldığını, o cümlədən bu ilin iyununda Xankəndi Şəhər Prokurorluğunun təntənəli açılış mərasimi­nin keçirildiyini bildirib. 

Baş prokuror bu ilin payızında ölkəmi­zin mötəbər beynəlxalq tədbirlərə, o cüm­lədən COP29-a və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransına ev sahibliyi edəcəyini bildirib.

Ömər Kərkəz ölkələrimizin prokuror­luq, məhkəmə və ədliyyə orqanları arasın­da əməkdaşlığın yüksək səviyyədə olduğu­nu bildirərək, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da yüksələn xətlə davam edə­cəyinə əminliyini ifadə edib. 

XQ

Son xəbərlər