Sentyabrın 2-də Baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak ediblər.
Mərasimdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin nümayəndə heyətini qəbul edib.
Türkiyənin Baş prokuroru Muhsin Şentürk və Ali Məhkəmənin sədri Ömer Kerkezlə rəsmi görüşlərdə ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.
XQ