Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada keçirilən Bled Strateji Forumunda iştirak edib.
Forum çərçivəsində qlobal iqtisadiyyat mövzusuna həsr olunmuş paneldə çıxış edən F.Rzayev dövlətimizin həyata keçirdiyi irimiqyaslı enerji layihələri, Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və fəaliyyəti sahəsində oynadığı vacib rol barədə danışıb. O, Azərbaycanın bu fəaliyyətinin Cənubi Qafqaz regionunun təhlükəsiz, firavan və inkişaf etmiş bir məkana çevrilməsi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sloveniyanın Xarici İşlər Nazirliyində dövlət katibi Marko Ştuçin ilə keçirilmiş görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
XQ