Səyyar “ASAN xidmət” Qaxda

post-img

Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Qax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.

“ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Namiq Mahmudovun verdiyi məlumata görə, xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. 

Səyyar “ASAN xidmət” Qaxda sakinlərə sentyabrın 30-dək xidmət göstərəcək.

XQ

 

Son xəbərlər