Güləşçimiz Dünya çempionatının ikincisi olub

post-img

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 Dünya çempionatı start götürüb.

Yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Komandamızın üzvlərindən Cocu Səmədov (87 kq) mübarizəyə 1/8 finaldan start verib. O, əvvəlcə serbiyalı Andriya Mihayloviçi (5:1), sonra ermənistanlı Ruben Gevorgyanı (3:1) məğlub edib. Səmədov yarımfinalda qazaxıstanlı Temirlan Turdakini (4:2) də mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Həlledici mərhələdə qırğızıstanlı rəqibi Asan Janişova uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

L.QURBANOVA 
XQ

 

İdman