Suraxanıda saxlanılan şəxsdə 3 kq narkotik vasitə aşkarlanıb

post-img

Narkotik vasitələrin satışının və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat həyata keçirilib. Tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəsarət Nadirov saxlanılıb. Həmin şəxsdən 3 kiloqram marixuana aşkarlanıb. C.Nadirov ifadəsində narkotikləri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Məlumatı DİN mətbuat xidməti verib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər