Türkiyədə bugünlərdə Azərbaycan və İran vətəndaşlarının iştirakı ilə ənənəvi “Tək zirve kiçik Ağrı dağı” yürüşü təşkil olunub. Aksiyada 3 ölkədən 76 nəfər iştirak edib.
Babək rayonunun Cəhri qəsəbə sakini 63 yaşlı Hüseyn Cəfərov hədəf seçilən zirvəni ilk fəth edərək yürüşün qalibi olub. Yarışın baş mükafatını soydaşımıza İğdır Valiliyi İdman İdarəsinin müdiri Savaş Qaya təqdim edib.
XQ