Azərbaycan təmsilçiləri IX Xəzər Media Forumunda

post-img

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən IX Xəzər Media Forumunda iştirak edir.

Səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini, həmçinin Qardaşlıq bağında “Əbədi şöhrət məşəli” abidəsini ziyarət ediblər.

“Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi” mövzusunda baş tutan tədbirin əsas məqsədi Xəzəryanı ölkələr arasında vahid media mühiti yaratmaq, informasiyanın saxtalaşdırılmasının aradan qaldırılmasına kömək etmək və konstruktiv dialoq platformasını inkişaf etdirərək regionda mövcud olan müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etməkdir.

IX Xəzər Media Forumu çərçivəsində keçirilən nümayəndə heyətləri rəhbərlərinin görüşündə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xalqlar arasında mədəni körpülərin yaradılmasında və media sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsində bu kimi platformaların vacib rol oynadığını vurğulayıb. 

Qeyd edək ki, IX Xəzər Media Forumu öz işini bu gün plenar iclaslarla davam etdirəcək.

XQ

 

Son xəbərlər