Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
O, rəhbərlik etdiyi qurumun daim şəffaf fəaliyyət göstərdiyini, əməkdaşlığa açıq olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir.
N.Seytimov rəhbərlik etdiyi missiyanın uzunmüddətli müşahidəçilərinin artıq fəaliyyətə başladığını, paytaxt Bakıda və regionlarda seçkilərə hazırlığı yaxından izlədiklərini deyib.
Sədr M.Pənahov Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini diqqətə çatdırıb, seçki komissiyalarının fəaliyyət prinsipləri, müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılan addımlar və son hazırlıq işlərindən danışıb, eləcə də beynəlxalq müşahidəçilərin suallarını cavablandırıb.
XQ