“Cari ilin fevral ayında keçirilmiş Prezident seçkiləri işğaldan azad edilmiş əraziləri də əhatə etməklə tarixə yazılan ən mühüm hadisə oldu. Bu, Böyük Qayıdışın ən vacib məqamlarındandır”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, ictimai xadim Anar Rzayev deyib.
“Budəfəki seçkilərdə əsas məqam budur ki, işğaldan azad edilmiş bölgələrdən olan seçicilərin bir qismi dəstəklədikləri namizədlərə doğma yurdlarında səs verəcəklər” – deyən AYB sədri Azərbaycanda keçirilən seçkilərin ənənəvi olaraq demokratik prinsiplərə uyğun təşkil edildiyini və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
XQ