“Seçki dairəsinin inzibati ərazisində 57 seçki məntəqəsi fəaliyyət göstərir”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 2 saylı Şərur-Kəngərli dairə seçki komissiyasının sədri Kənan Qəhrəmanov deyib.
O bildirib ki, seçki məntəqələrinin 43-ü Şərur, 14-ü isə Kəngərli rayonunun ərazisində yerləşir. Seçki məntəqələrinin bir qismi veb-kameralarla təchiz olunub. “Bu seçki dairəsi üzrə 12 nəfər imza vərəqəsi götürmüşdü. Onlardan 11-nin namizədliyi qeydə alınıb. Proses MSK-nın Təqvim Planına əsasən aparılır. Dairə və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə treninqlər keçirilir. Komissiya üzvlərinə hüquq və vəzifələri, seçki prosesində, səsvermə və səslərin sayılması zamanı qanunvericiliyə uyğun davranışları izah edilir”, – deyən DSK sədrinin sözlərinə görə, 2 saylı dairədəki seçki məntəqələrinin hamısı, demək olar ki, seçkiyə hazırdır.
XQ