Seçki xəbərləri

post-img

Xankəndidə ilk səsvermə olacaq

“Yeddinci çağırış Milli Məclisə seçkilər 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi üçün ilk parlamentə səsvermə kimi əhəmiyyət daşıyır”.  Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 14 saylı məntəqə seçki komissiyasının sədri İmran Mirzəyev deyib. Seçki məntəqəsinin Xankəndi şəhərinin inzibati ərazisini əhatə etdiyini bildirən sədr seçicilərin rahat və azad seçim etmələri üçün lazımi şəraitin yaradıldığını vurğulayıb.  

500 müşahidəçi seçkiləri Qarabağda izləyəcək 

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə müşahidə aparacaq. “Seçki 2024” Müstəqil Media Mərkəzi məlumat verir ki, prosesdə Naxçıvan MR-də daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 nəfər müşahidəçi iştirak edəcək. Müşahidəçilərin əksəriyyəti QHT üzvləri, fəalları və könüllüləridir. Koalisiya aralıq və yekun hesabatlar hazırlayacaq. Beynəlxalq auditoriyaya əlçatan olması üçün hesabat ingilis dilində də çap olunacaq.

Səbaildə növbəti treninq 

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar  7 saylı Səbail seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninq təşkil edilib. Avqustun 15-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlığının artırılmasıdır. Treninqlərdə, ümumilikdə, 41 məntəqədən 248 nəfərin iştirakı nəzərdə tutulub. 

XQ

 





Son xəbərlər