Hərbi Prokurorluğun DSX ilə birgə tədbiri

post-img

Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları Zaqatala rayonunda şəxsi heyətlə birgə tədbir keçiriblər.

Hərbi prokurorun mətbuat xidmətinin rəhbəri Firad Əliyev, Zaqatala hərbi prokuroru Emin Quliyev və başqaları çıxış edərək ulu öndərin xalqımızın həyatındakı misilsiz xidmətlərindən danışıb, bu mükəmməl siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Çıxışçılar, ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs ediblər. 

Sonda ağaclar əkilib.

XQ

 

Son xəbərlər