Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad edib, 24 saatdan az davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olunub.
Çıxış edən gənc əsgər Hüseyn İmanov hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini vurğulayıb.
Sinra gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçməsi ilə başa çatıb.
XQ