Makron “Paris-2024”ün açılışını Fransanın “siması” hesab edirsə...

post-img

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Fransa prezidenti Emmanuel Makron Parisdə Olimpiya Oyunlarının açılışını Fransanın “siması” hesab edirsə, bunu, o, daha yaxşı bilər. 

TASS agentliyinin məlumatına görə, diplomat bu barədə Telegram kanalında bildirib. M.Zaxarova yazıb: 

–Çoxları bunun başqa bir şey, bədənin bəzi digər hissələri olduğunu düşünürdü. Lakin Makron Fransanın indi belə bir sifətə sahib olmasında israr etdiyinə görə, o, əlbəttə ki, daha yaxşı bilir.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi cəmiyyətin və dini liderlərin hiddətinə səbəb olub. Qalmaqala səbəb Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası olub. Olimpiadanın təşkilat komitəsi tənqidlərə cavab olaraq üzr istəyib və bu kompozisiyanın heç bir dini qrupu təhqir etmək niyyəti daşımadığını vurğulayıb.

Son xəbərlər