İraq heyəti Ədliyyə Nazirliyində

post-img

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Nazir ölkələr arasında həm ikitərəfli, həm də beynəlxalq müstə­vidə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb. Fərid Əhmədov ölkəmizdə elektron məhkəmə və elektron icra sis­teminin tətbiq edilməsi, hakimlərin hazır­lığı və ədliyyə sahəsində görülən digər işlər barədə məlumat verib. Nazir qeyd edib ki, iki ölkə arasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var. İraq nümayəndə heyətinin rəhbəri Faiq Zidan səmimi qəbula görə öz min­nətdarlığını ifadə edib. Bu səfərin ölkələr arasında hüquqi sahədə həyata keçiri­lən ilk səfər olduğunu vurğulayan qonaq məhkəmə və ədliyyə sahəsində əmək­daşlığın qurulmasında, eləcə də ölkəmi­zin təcrübəsinin öyrənilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Həmçinin görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər