AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL
İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 3-27/3-7-7/2024/1
Bakı şəhəri 20 iyun 2024-cü il
Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə
“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri” təsdiq edilsin (əlavə olunur).
2. Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,30 manat məbləğində təsdiq edilsin.
3. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 20 iyun tarixli 3-27/3-7-7/2024 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)
№
İstiqamətlər
Tariflər (ƏDV daxil, manatla)
1.
Bakı–Naxçıvan/
Naxçıvan–Bakı
70.00
2.
Naxçıvan–Gəncə/
Gəncə–Naxçıvan
60.00
3.
Bakı–Gəncə/Gəncə–Bakı
84.00
4.
Bakı–Qəbələ/Qəbələ–Bakı
65.00
5.
Bakı–Füzuli /Füzuli–Bakı
78.00
6.
Bakı–Zəngilan / Zəngilan–Bakı
83.00
7.
Bakı–Lənkəran/
Lənkəran–Bakı
65.00
8.
Bakı–Zaqatala /
Zaqatala–Bakı
84.00
Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev