Müdafiə nazirinin bayram təbriki

post-img

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Zabitləri, gizirləri, miçmanları, kursantları, çavuşları, əsgərləri, matrosları və mülki işçiləri ordu günü münasibətilə səmimi  təbrik edən nazir ölkəmizin müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

Daha sonra bildirilib ki, tariximizin şanlı səhifəsi sayılan bu gün, 106-cı ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir: “Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi hərbi xidmətə marağın artmasına səbəb olmuşdur”.

Sonda qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə və Böyük Qayıdışa layiqli töhfələr verir: “Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə həmişə sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı yüksəldəcək, xidmətinizdə yeni uğurlar əldə etmək məqsədilə səy və bacarıqlarınızı daima artıracaqsınız”.

XQ

 

Son xəbərlər