Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Masazır qəsəbəsi ərazisindəki iki marketdən ümumilikdə 900 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən O.Əliyev və A.Həşimov saxlanılıblar.
DİN mətbuat xidmətinin məlumatına görə, oğurluq əməli ilə bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ