İsmayıllıda “Qərbi Azərbaycan mətbəxi”

post-img

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində gənc kulinarların respublika çempionatı keçirilib. Yarışdan əvvəl mərkəzin müəllim və şagirdlərinə Qərbi Azərbaycan şirniyyatlarının hazırlanma texnologiyası, tarixi, etnoqrafiyası və s. barədə mühazirələr oxunub. 

Sonra müsabiqə keçirilərək onun nəticələri elan olunub. İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzinin şagirdləri fətir, gül mürəbbəsi, gülqənd, zoğal və ərik mürəbbələri və ayrı-ayrı şirniyyat və yemək növləri üzrə ən yaxşı aşpazlar müəyyən olunublar. 

Qeyd edək ki, növbəti müsabiqələ­rin ölkəmizin digər bölgələrdə və xarici ölkələrdə keçirilməsi planlaşdırılır. Sonda vurğulayaq ki, gənc kulinarların çempi­onatının keçirilməsində məqsəd Qərbi Azərbaycan mətbəxinin tanıdılmasıdır.

Fidan SALMANOVA
XQ

Son xəbərlər