Tbilisidə Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanuna qarşı keçirilən aksiyada Adamiya adlı Moldova vətəndaşı saxlanılıb.
TASS bu barədə Gürcüstanın “İmedi” telekanalına istinadən xəbər verir.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələri Adamiyanı aksiyaların təşkilatçılarından biri hesab edir. İlkin məlumata görə, moldovalı polis əməkdaşını təhqir edib, ona bibər qazı ilə hücum etdiyi üçün saxlanılıb. Adamiya ilə birlikdə bir neçə nəfər də aparılıb.
XQ