Bakıda növbəti Xəzər müzakirəsi

post-img

Mayın 6-7-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan ­Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (­nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

İclasa Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Şərifov sədrlik edib. Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər. 

XQ

 

Son xəbərlər