Ümummilli liderin xatirəsinə ehtiram

post-img

Mayın 7-də Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Baş prokurorun müavini – respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Tədbirdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Cavid Osmanov, Kamilə Əliyeva, Fatma Yıldırım və digərləri çıxış edərək dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıblar.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Son xəbərlər