Baş nazirin Malayziya Parlament Senatının prezidenti ilə görüşü

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 1-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə Bakıda ke­çirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğu­lanıb, Malayziyanın Parlament Senatı prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan–Malayziya dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Hər iki ölkənin beynəlxalq təş­kilatlar çərçivəsində, o cümlədən Qo­şulmama Hərəkatı və İslam Əməkdaş­lıq Təşkilatında yaxından əməkdaşlıq etdikləri vurğulanıb. 

Eyni zamanda, Azərbaycan–Malay­ziya parlamentlərarası əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifa­də olunub.

Görüşdə iki ölkə arasında ticarət-iq­tisadi, investisiya, energetika, huma­nitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müza­kirə olunub.

XQ

Son xəbərlər