Çin Azərbaycanla əlaqələrə meydan açır

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Qeyd olunub ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikası ilə səciyyələnir. Xüsusilə, son zamanlar iki ölkə arasında münasibətlərdə intensivlik müşahidə olu­nur.

Azərbaycan ilə Çin arasında müna­sibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən spiker ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlığın­dan söhbət açıb və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirildiyini diqqətə çat­dırıb. 

Söhbət zamanı iki ölkə arasında mü­nasibətlərin dərinləşməsində parlament­lərin vacib rolu qeyd edilib. 

Çin Xalq Assosiasiyasının Sədri Yan Vanmin öz növbəsində, qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət baş­çılarımızın rəhbərliyi altında sağlam, sabit inkişaf yolu keçib. 

Çin ölkəmizin ərazi bütövlüyü və su­verenliyini dəstəkləyir, o cümlədən, Azər­baycanın da "vahid Çin" siyasətini dəstək­ləməsini yüksək qiymətləndirir.

Parlamentlərarası münasibətlərin əhəmiyyətini qeyd edən qonaq Çin Xalq Assosiasiyasının xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verdiyini vur­ğulayıb. O, assosiasiyanın bu istiqamət­də müxtəlif tədbirlər həyata keçirdiyini vurğulayıb. Parlamentin üzvü kimi dost­luq qruplarında təmsil olunduğunu deyən Y.Vanmin bu sahədəki işlərə böyük əhə­miyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib. 

Görüşdə humanitar və mədəni sahələrdə əməkdaşlığın dərinləşməsinin xalqlarımız arasında əlaqələrin daha da inkişafına xidmət etdiyi, elm, mədəniy­yət, gənclər siyasəti sahələri üçün yaxşı imkanların olduğu bildirilib. Mədəni və hu­manitar mübadilənin əsas hərəkətverici qüvvəsinin Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibət­lərin olduğu diqqətə çatdırılb. İki təşkilatın birgə həyata keçirdiyi layihələr xalqlarımı­zın yaxınlaşmasına, əlaqələrin güclənmə­sinə töhfə verir.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər