Komanda-qərargah təlimi

post-img

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində “N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən ve­rilən məlumata görə, plana uyğun olaraq xəritə üzərində icra ediləcək tapşırıqlar dəqiqləşdirildikdən sonra bölmələrin qar­şılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanı­lıb, eləcə də qəbul edilən qərarlara dair komandir heyətinin məruzələri dinlənilib.

Müasir və yüksək texnologiyalı kom­püter proqramlarının tətbiqi ilə bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəet­mə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərar­gahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni daha da təkmilləşdirmək məqsədilə keçirilən təlimdə qarşıya qo­yulmuş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

XQ

Son xəbərlər